Bakı-Quba yolunda ağır qəzada ölənlər var – FOTObackend

Bakı-Quba yolunda ağır qəzada ölənlər var – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı-Quba avtomobil yolunun Bakı istiqamətində hərəkət hissəsində yol qəzası baş verib.

NOCOMMENT Trend-ə istinadən xəbər verir ki, “Mercedes” markalı minik avtomobili ilə iki yük avtomobili toqquşub.

İlkin məlumata əsasən, qəza nəticəsində ölən və xəsarət alanlar var.

Qəzadan sonra avtomobillərdən birində tüstülənmə olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri, təcili tibbi yardım briqadası cəlb edilib.

Hər iki istiqamətdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.