Bakı-Quba yolunda dəhşətli qəza: Üç nəfər öldü – VİDEObackend

Bakı-Quba yolunda dəhşətli qəza: Üç nəfər öldü – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində dəhşətli qəza baş verib.

NOCOMMENT xəbər verir ki, qafqazinfo-nun əldə etdiyi məlumata görə, hadisə ötən gün günorta saatlarında qeydə alınıb.

Belə ki, “VAZ 2106” və “VAZ 2107” avtomobillərinin toqquşması nəticəsində 3 nəfər həlak olub.

Bunlar 1986-cı il təvəllüdlü Məmmədov Aydın Əlif oğlu, 1957-ci il təvəllüdlü Səlimov Nadim Məhəmməd oğlu və 1967-ci il təvəllüdlü Səlimova Zülfət Seyfulla qızıdır. Qəza nəticəsində həlak olan hər iki kişi avtomobillərin sürücüləri olub.