Bakı-Quba yolunda maşın aşdıbackend

Bakı-Quba yolunda maşın aşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 10-da axşam saatlarında Bakı-Quba yolunda “Mercedes” markalı yük avtomobili aşıb.

NOCOMMENT.az xəbər verir ki, yolun Sumqayıt ərazisindən keçən hissəsində baş verən qəzada avtomobilin sürücüsü xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım avtomobili və Dövlət Yol Polisi əməkdaşları gəliblər.

Hadisə şahidlərinin sözlərinə görə, “Mercedes” markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan yük maşını ilə toqquşduqdan sonra idarəetməni itirib və yolun kənarındakı dərəyə aşıb.

Faktla bağlı araşdırma aparılır.