01.02.2026-cı il tarixdə Bakı–Quba–Dağıstan sərhəd yolunun Siyəzən rayonu ərazisində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində S. Mirzəyeva və qardaşı R. Mirzəyev həyatlarını itirmişlər. Bu hadisə sadəcə yol qəzası deyil, bir ailənin taleyinə vurulmuş ağır zərbədir.
NOCOMMENT.az xəbər verir ki, yol hərəkəti qaydalarının pozulması ağır nəticələrə səbəb olur. Qaydalar insan həyatını qorumaq üçün müəyyən edilmiş normalardır.
Baş DYP İdarəsi sürücülərin bir daha diqqətinə çatdırır ki, sükan arxasında tələsməyin, risk etməyin və qaydalara biganə yanaşmayın, çünki yol səhvləri bağışlanmır. Bir anlıq məsuliyyətsizlik illərlə davam edəcək peşmanlığa çevrilir.













