Bakı Sağlamlıq Mərkəzi Publik Hüquqi Şəxs tərəfindən gündəlik fəaliyyətin təşkili və sənəd dövriyyəsinin optimallaşdırılması məqsədilə dəftərxana mallarının satınalınması planlaşdırılır.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki,satınalmanın ehtimal olunan qiyməti 55,698.00 AZN təşkil edir.
Alınacaq məhsullar siyahısına aşağıdakılar daxildir:
- Arxiv qovluğu (qarışıq növlər)
- Barkod kağızı
- Qısqaclar
- Batareyalar (1.45V – 6 ədədli, 23A-12V və AA plus alkaline — tibbi cihazlar üçün, uzunömürlü)
- Kağıztikən qovluqlar
- Kağız skoç
- Kağız formatları: A4, A5, A3
- Beycik plastik kart qabları
- Beycik üçün müxtəlif rəngli boyun ipi
- Dəftərlər və digər dəftərxana ləvazimatları
Satınalma prosesi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun şəkildə həyata keçiriləcək. Məqsəd mərkəzin iş keyfiyyətini artırmaqla yanaşı, sənəd idarəçiliyini və xidmət proseslərini daha səmərəli və sistemli şəkildə qurmaqdır.
Maraqlı tərəflər əlavə məlumat və iştirak şərtləri ilə bağlı Bakı Sağlamlıq Mərkəzinə müraciət edə bilərlər.