Bakı sakini dostuna vinçesterlə atəş açıbbackend

Bakı sakini dostuna vinçesterlə atəş açıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göyçay Rayon Polis Şöbəsinə mayın 8-də şəhər sakini Habil Babayevin odlu silahdan açılmış atəşdən xəsarət alması nəticəsində xəstəxanaya gətirilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən NOCOMMENT-ə verilən məlumata görə, araşdırmalarla H.Babayevin dostu, Bakı şəhər sakini İntiqam Xıdırova məxsus müvafiq sənədləri olan “Winchester Phantom” markalı tüfəngə baxmaq istəyərkən ehtiyatsızlıqdan açılmış atəş nəticəsində xəsarət alması, həmçinin onların sərxoş olmaları müəyyən edilib.

Araşdırma davam etdirilir.