Bakı sakinindən şikayət: Küçənin qaranlığa qərq olmasının səbəbi nədir? – VİDEObackend

Bakı sakinindən şikayət: Küçənin qaranlığa qərq olmasının səbəbi nədir? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhəri Nizami rayonu Rizvan Teymurov küçəsində işıqlandırma problemi var.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Oxu.Az-ın redaksiyasına daxil olan şikayətdə qeyd edilib.

Vətəndaş şikayətində qeyd edib ki, piyada keçidinin üzərində işıqlandırma olmadığı üçün ciddi problem yaşayırlar.

Məsələ ilə bağlı Bakı Şəhər İşığı Elektrik Şəbəkə Müəssisəsindən Oxu.Az-a bildirilib ki, Rizvan Teymurov küçəsinin müəyyən hissəsinin işıqlandırmasında problem elektrik xətlərində baş vermiş qəza nəticəsində yaranıb:

“Müəssisənin mütəxəssisləri tərəfindən əraziyə dərhal baxış keçirilib və işlərə başlanılıb. Lakin, yolun hərəkət hissəsində asfalt örtüyünün qazılması tələb olunduğundan müəssisə tərəfindən müvafiq qurumlardan icazə alınması üçün müraciət ünvanlanıb. Bu da öz növbəsində prosesin gecikməsinə səbəb olub.

Hazırda ərazidə təmir-bərpa işləri aparılır, ən qısa zamanda elektrik verilişi təmin olunacaq”.