Bakı sakinini silahla hədələyən dəstə üzvləri tutuldularbackend

Bakı sakinini silahla hədələyən dəstə üzvləri tutuldular

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda quldurluq hadisəsi olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini E.Səfərov mayın 2-də B.Nuriyev küçəsində naməlum şəxslərin onu bıçaq və tapançaya bənzər əşya ilə hədələyib 1 700 manat pul tələb etdiyini, vermədikdə isə 600 manat dəyərində mobil telefonunu aldıqlarını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən C.Musayev, F.Musayev, E.Məmmədov, X.Qocayev və əvvəllər məhkum olunmuş R.Sarızadə müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.