Bakı-Şamaxı yolunda ağır qəza: Ölənlər varbackend

Bakı-Şamaxı yolunda ağır qəza: Ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gecə Bakı-Şamaxı yolunda ağır yol qəzası baş verib.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, magistralın 30-cu kilometrliyində – Abşeron rayonu ərazisində “Opel” markalı minik avtomobili “KamAZ” markalı yük maşınına çırpılıb.

Nəticədə minik avtomobilinin sürücüsü, 1977-ci il təvəllüdlü Babək Məmmədov və sərnişini Samirə Məmmədova aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.