Bakı şəhər Bələdiyyəsi yaradılsın – Deputatdan TƏKLİFbackend

Bakı şəhər Bələdiyyəsi yaradılsın – Deputatdan TƏKLİF

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Deputat Fazil Mustafa təklif edir ki, səlahiyyət məsələsinə yenidən baxılsın.

NOCOMMENT publika.az-a istinadən xəbər verir ki, deputat təklifini bu gün Milli Məclisin iclasında səsləndirib.

O, buna əsas kimi dünyanın inkişaf etmiş ölkələrində bələdiyyələrin daha geniş səlahiyyətə sahib olmasını göstərib.

Deputat eyni zamanda qeyd edib ki, Azərbaycanda ciddi struktur islahatlarına başlanmalıdır.

Fazil Mustafa Bakı şəhər Bələdiyyəsinin yaradılmasını təklif edərək bunun eksperiment ola biləcəyini də deyib.

Xatırladaq ki, bundan öncəki iclas zamanı deputat bələdiyyə qurumları tərəfindən verilən sənədlərin icra qurumları tərəfindən qəbul edilməməsini tənqid etmişdi.