Bakı Şəhər İcra Hakimiyyəti təmirə xərcləyəcəyi məbləği açıqladıbackend

Bakı Şəhər İcra Hakimiyyəti təmirə xərcləyəcəyi məbləği açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Şəhər İcra Hakimiyyətinə məxsus “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC dövlət mənzil fonduna aid binaların dam örtüyünün, eləcə də sosial-mədəni və məişət təyinatlı obyektlərin təmiri ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

NOCOMMENT.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi “Vest LTD” və “Star Construktion-12” QSC-lərdir. Qalib şirkətlərə müvafiq olaraq 10 milyon manat və 3 milyon manat, ümumilikdə 13 milyon manat ödəniləcək.