Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında aksiya keçirilirbackend

Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında aksiya keçirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Xalq Cəbhəsi Partiyası Bakı Şəhər İcra Hakimiyyəti qarşısında aksiya keçirir.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Xatırladaq ki, AXCP sədri Əli Kərimli oktyabrın 24-də saat 16:00-da Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında növbəti aksiyanın keçiriləcəyi barədə məlumat verib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidməti də aksiya barədə məlumat yayıb. Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib ki, piket üçün nəzərdə tutulan yer təhsil müəssisələrinin yerləşdiyi, nəqliyyatın intensiv hərəkət etdiyi və insan sıxlığının yüksək olduğu ərazi olduğundan orada aksiya keçirilə bilməz. Ona görə də cəhd ediləcəyi təqdirdə aksiyanın qarşısı alınacaq.