Bakı səmasında əzələ nümayişi: “MİQ-29”, “NF-5” və “F-16” nələrə qadirdir? – FOTObackend

Bakı səmasında əzələ nümayişi: “MİQ-29”, “NF-5” və “F-16” nələrə qadirdir? – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gündür, Bakı səmasında döyüş təyyarələri dövrə vurur, müxtəlif tryukları məşq edir. Uçuşlar “TEKNOFEST Azərbaycan” festivalına hazırlıq çərçivəsində keçirilir.

NOCOMMENT.az Oxu.Az-a istinadən xəbər verir ki, təlim uçuşlarında Azərbaycan Hərbi Hava Qüvvələrinin “MiQ-29” və Türkiyə HHQ-nin “F-16” və “NF-5” təyyarələri iştirak edir.

Hərbi təyyarələri və onların döyüş imkanlarını müqayisə etmək üçün aşağıdakı rəqəmlərə diqqət yetirmək olar:

“MiQ-29” – Rusiya istehsalı olan yüngül cəbhə qırıcısıdır. Əsasən hava hədəflərinin məhv edilməsi üçün istifadə edilir. Lakin yer hədəflərinə qarşı idarəolunmayan raketlər də daşımaq iqtidarındadır.

Təyyarənin standart döyüş avadanlığı altı “hava-hava” tipli raketdən və 30 mm-lik QŞ-30-1 aviatopdan ibarətdir.

“MiQ-29”un maksimal sürəti 2450 km/s-dək çatır, kreyser sürəti – 850 km/s-dir. 18 kilometr hündürlüyə qədər qalxa bilir.

“NF-5” (“Freedom Fighter”) – “Canadair” şirkəti tərəfindən lisenziyalı istehsal edilən ABŞ-ın yüngül çoxhədəfli qırıcısıdır.

Maksimal sürəti – 1700 km/s, kreyser sürəti – təxminən 1000 km/s-dir. 16 kilometr hündürlüyə qədər qalxmaq iqtidarındadır.

Standart döyüş avadanlığı iki “hava-hava”, dörd “hava-yer” tipli raketlərdən, 9 100 kiloqramlıq aviabomba və 220 mm-lik hava topundan ibarətdir.

“F-16” – ABŞ istehsalı olan dördüncü nəsil yüngül çoxhədəfli qırıcıdır. Öz sinfində dünyada ən çox buraxılmış döyüş təyyarəsidir (təxminən 5000 ədəd).

Standart döyüş avadanlığı dörd “hava-hava”, iki “hava-yer” tipli raketdən, birtonluq aviabombadan və bir altılüləli aviatopdan ibarətdir.

Maksimal sürəti – 2120 km/s-dir. Uçuş hündürlüyü – 15 kilometrədəkdir.