Bakı Slavyan Universiteti dayanıqlı inkişafın təmin edilməsi üçün potensialın artırılması xidmətinin satınalmasında “SEFT CONSULTING” Məhdud Məsuliyyətli Cəmiyyətini qalib edib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, tərəflər arasında dəyəri 555.780 manatlıq müqavilə bağlamağı planlaşdırır.
Şirkətin qanuni təmsilçisi Mircəlal Ağamirov Mirmehdi oğludur. “SEFT CONSULTING” MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir.
Xatırladaq ki, Bakı Slavyan Universitetinin (BSU) rektoru vəzifəsini Anar Nağıyev müvəqqəti icra edir.