Bakı-Sumqayıt qatarının hərəkətində problem yarandıbackend

Bakı-Sumqayıt qatarının hərəkətində problem yarandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı-Sumqayıt qatarının hərəkətində problem yaranıb.

NOCOMMENT xəbər verir ki, Sumqayıt Sərnişin Stansiyasından saat 07:45-də hərəkətə başlamalı olan qatarda nasazlıq olub. Bu barədə sərnişinlər sosial şəbəkələrdə məlumat paylaşıblar.

Nasazlıq səbəbindən 6006 nömrəli qatar yola düşməyib və həmin qatardakı sərnişinlər düşürülərək, 08:00-da hərəkət edəcək qatara mindirilib.

Həmin qatara əlavə bilet satıldığından qatarda sərnişin sıxlığı da yaranıb.