Bakı və Abşeronda havanın tozlu olmasının SƏBƏBİbackend

Bakı və Abşeronda havanın tozlu olmasının SƏBƏBİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Hidrometeorologiya Xidmətinin mütəxəssislərinin apardığı monitorinqin nəticələrinə əsasən, bu gün günorta saatlarından başlayaraq Bakı şəhəri və Abşeron yarımadasında havada tozun miqdarının normadan artıq olduğu müəyyən edilib.

NOCOMMENT.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev bildirib.

Onun sözlərinə görə, buna səbəb Bakı şəhəri və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir 23-25 m/s-dək güclənməsi və nəticədə istehsalat ərazilərində formalaşan tozun atmosferin yuxarı təbəqələrinə qalxmasıdır.

V.Əliyev qeyd edib ki, meteoroloji şəraitlə əlaqədar yaxın iki gün ərzində havada tozun miqdarının normadan artıq olacağı proqnozlaşdırılır. “Report”