Azərbaycan və Ermənistan arasında müqavilənin 90 faizi artıq razılaşdırılıb, ciddi irəliləyiş əldə olunub, hətta delimitasiya və demarkasiyanın prinsipləri də formalaşdırılıb, birgə komissiyanın fəaliyyəti davam edir. Növbəti görüşlər gözlənilir.
NOCOMMENT.az xəbər verir ki, bu sözləri Axar TV-yə ReAL Partiyasının sədri Natiq Cəfərli deyib.
O, yaxın vaxtlarda çərçivə sazişinin imzalana biləcəyini bildirib:
“Tramp administrasiyasında yeni münasibətlər formalaşandan sonra sülh üçün ən hazır layihə Azərbaycan-Ermənistan arasındakı məsələdir. Burada böyük ölçüdə razılaşdırılmış mətn var. Yaxud da Ermənistan üzərinə öhdəliklər qoymaqla çərçivə sazişinin yaxın aylarda imzalanması mümkündür. Bu, Trampın da gündəliyinə uyğundur”.\\Axar.az