Bakı və İrəvan Moskvadakı məsləhətləşmələrdə iştiraklarını təsdiqlədilərbackend

Bakı və İrəvan Moskvadakı məsləhətləşmələrdə iştiraklarını təsdiqlədilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Ermənistan xarici işlər nazirləri cümə günü Moskvada Dağlıq Qarabağla bağlı keçiriləcək məsləhətləşmələrdə iştiraklarını təsdiqləyiblər.

NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlama verib. Onun sözlərinə görə, hazırda bu tədbir üçün hazırlıqlar davam edir.

“Bakı və İrəvan Moskvadakı məsləhətləşmələrdə iştiraklarını təsdiqlədilər. Aktiv hazırlıqlar davam edir”, – deyə o bildirib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin müzakirələrin aparılması üçün Azərbaycan və Ermənistan XİN rəhbərlərini bu gün Rusiyaya dəvət edib.