Bakı və Tbilisi şəhərləri qardaşlaşacaqbackend

Bakı və Tbilisi şəhərləri qardaşlaşacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın paytaxtı Bakı şəhəri ilə Gürcüstanın paytaxtı Tbilisi qardaşlaşacaq.

NOCOMMENT.az xəbər verir ki, Bakı və Tbilisi şəhərlərinin qardaşlaşması haqqında memorandum üzərində iş yekunlaşmaq üzrədir.

Tbilisi merinin müavini Andria Basilaya bildirib ki, meriya Tbilisi ilə dost və qardaş şəhər olan Bakı arasında əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəldilməsində çox maraqlıdır. Bunun üçün müvafiq işlər görülür və yaxın vaxtlarda iki dost və qardaş ölkənin paytaxt şəhərləri arasında qardaşlaşma haqqında memorandum imzalanacaq.

Qeyd edək ki, Bakı və Tbilisi 1997-ci ildən tərəfdaş şəhərlərdir.

Azərbaycan və Gürcüstanın sənaye şəhərləri olan Sumqayıt və Rustavi isə 1952-ci ildə qardaşlaşıblar.

Bundan başqa Kutaisi və Gəncə şəhərləri, eləcə də Naxçıvan ilə Batumi şəhərləri arasında qardaşlıq əlaqələri var.
Modern.az