Bakı və Türkiyədən Naxçıvana həkimlər göndərildibackend

Bakı və Türkiyədən Naxçıvana həkimlər göndərildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan Muxtar Respublikasında yaşayan müharibə iştirakçıları, qazilər və şəhid ailələri üzvlərinə müvafiq tibbi xidmətlər göstəriləcək.

NOCOMMENT.az xəbər verir ki, bu məqsədlə Azərbaycan Respublikası hökumətinin dəvəti ilə Bakı şəhərindən və Türkiyə Respublikasından həkim-psixoterapevtlər Naxçıvan şəhərinə gəliblər.

Muxtar respublikaya dəvət olunan həkim-psixoterapevtlər tərəfindən qazilər, şəhid ailələri və müharibə iştirakçıları üçün müayinələr yanvarın 9-da Naxçıvan Muxtar Respublika Xəstəxanasında aparılacaq. Bu kateqoriyadan olan şəxslər növbəli şəkildə müayinələrdən keçmək üçün Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xətti ilə əlaqə saxlayaraq qeydiyyatdan keçə bilərlər.