Bakı və Yerevan erməni diversantla bağlı danışıqlara BAŞLADIbackend

Bakı və Yerevan erməni diversantla bağlı danışıqlara BAŞLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Goranboy rayonu istiqamətində diversiyaya cəhd edən zaman əsir düşən erməni zabitlə bağlı danışıqlar başlayıb.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, Qırmız Xaç Komitəsi Qurgen Alaverdyanla bağlı Bakı və Yerevan arasında vasitəçilik edir. Məlumatı təşkilatın Yerevan ofisinin rəhbəri Zara Amatuni də təsdiqləyib.

“Qarşıdakı addımlar danışıqların nə dərəcədə uğurlu olmasından və onu ziyarət edə bilmək imkanımızdan asılı olacaq. Dialoqda əsas məqsəd hərbçinin sağlıq durumun müəyyən etmək və ailəsi ilə əlaqə yaratmaqdır”, – deyə o bildirib.

Xatlırladaq ki, avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib. Döyüş zamanı erməni diversiya qrupunun komandiri, baş leytenant Qurgen Alaverdyan əsir götürülüb.