Bakı Zooloji Parkında qiymətlər endiriləcək? – AÇIQLAMAbackend

Bakı Zooloji Parkında qiymətlər endiriləcək? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Zooloji parkının xərcləri yeddi-səkkiz dəfə artıb.

NOCOMMENT.az bildirir ki, bu sözləri “Unikal.org”-a açıqlamasında Bakı Zooloji Parkının direktoru Azər Hüseynov deyib.

O bildirib ki, biletlərin qiymətinin qalxmasının səbəbi xərclərin çox olması ilə bağlıdır: “Hazırda zooparkda akvaterrariumda havalandırma, çoxlu filtrlər, su nasosları, işıqla əlaqədar qurğular istifadə olunur. Buna görə, kommunal xərclərimiz çoxdur. Büdcədən də o qədər çox pul almadığımız üçün qiymətləri belə etməli olduq. Hələ ki, qiymətlərdə dəyişiklik gözlənilmir”.