Bakıda 10 min manat alaraq dələduzluq edən şəxs…….backend

Bakıda 10 min manat alaraq dələduzluq edən şəxs…….

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən M.Xəlilovanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

NOCOMMENT.az Pravda.az-a istinadən xəbər verir ki, hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

İttiham aktına görə, M.Xəlilova zərərçəkmiş A.Gülməmmədovanın Təhsil Nazirliyi tərəfindən keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edib müvafiq bal toplayaraq, müəllim kimi təyinatı Quba rayonu, Qırız kəndinə verilmiş övladının təyinatını Bakı şəhərində yerləşən orta məktəblərdən birinə dəyişdirəcəyinə dair yalan vəd verib. O, bu adla 24 avqust 2022-ci il tarixdə paytaxtın Nizami rayonu ərazisində yerləşən yaşadığı evdə qadının 10 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Nizami Rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: M.Xəlilova daha əvvəl eyni əmələ görə məhkumluq həyatı yaşayıb.