Bakıda 10 yeni metro stansiyası tikiləcəkbackend

Bakıda 10 yeni metro stansiyası tikiləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Metronun davamlı inkişafı məqsədilə müvafiq tikinti planı hazırlanıb və “Bakı Metropoliteni”nin Müşahidə Şurası tərəfindən təsdiq edilib”.

NOCOMMENT.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov deyib.

O bildirib ki, tikinti planında minimum ssenari üzrə Bakıda 5-7 il müddətində 10 yeni metro stansiyasının tikintisi layihəsinə üstünlük verilib.

R. Əlixanov qeyd edib ki, 2022-ci ildən metroda tikinti və yenidənqurma işlərinə, yeni vaqonların alınmasına 194,6 milyon manat vəsait ayrılıb.