Bakıda 100 min manatlıq telefon oğrusu tutuldubackend

Bakıda 100 min manatlıq telefon oğrusu tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda mağazadan 93 855 manat dəyərində 35 ədəd telefon oğurlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 93 855 manat dəyərində 35 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.İbrahimov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.