Bakıda 4 il əvvəl istifadəyə verilən çoxmərtəbəli bina hər an ÇÖKƏ BİLƏR – Sakinlər NARAHATDIR – VİDEObackend

Bakıda 4 il əvvəl istifadəyə verilən çoxmərtəbəli bina hər an ÇÖKƏ BİLƏR – Sakinlər NARAHATDIR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda 4 il əvvəl istifadəyə verilən çoxmərtəbəli binada yaşayan bir qrup sakin gələcəkdə ciddi təhlükə ilə üz-üzə qalacaqlarından narahatdırlar.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, Əliəşrəf Əlizadə küçəsində “ÇARBAĞ MMC” tərəfindən inşa edilən binanın sakinləri zirzəmiyə fasiləsiz su axdığını iddia edir.

Onlar deyir ki, belə davam edərsə, 2020-ci ildə istismara verilən çoxmərtəbəli yaşayış binasında vəziyyət təhlükəli həddə çatacaq.

Sakinlərin sözlərinə görə, şikayətlərdən sonra əraziyə aidiyyəti qurumlar tərəfindən baxış keçirilib.

Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən bildirilib ki, çoxmətəbəli yaşayış binasının zirzəmisində torpaqla təmasda olan yol boyu yan divardan su sızması faktı təsdiqini tapıb.

Vurğulanıb ki, bu hər an xoşagəlməz hadisələrin baş verməsinə səbəb ola bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.