4 il əvvəl su xətti çəkilməsinə başlanılsa da, işlər yarımçıq qalıb.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, paytaxtın Səbail rayonu, Gülbala Əliyev küçəsinin sakinləri üzləşdikləri problemlə bağlı “Xəzər Xəbər”in vatsap qaynar xəttinə müraciət ediblər.
Onlar deyir ki, su xətti yarıya qədər çəkildiyindən davamını özləri tamamlamalı olublar. Bu borular isə standartlara uyğun olmadığından su sakinlərin evlərinə gəlib çatmır. Xətlərdə su olmadığından, sakinlər suyu maşınla almalı olurlar.
Sakinlər yaşadıqları problemlə bağlı aidiyyəti quruma da müraciət ediblər.
Sakinlərin problemi ilə əlaqədar İri Şəhərlərin Birləşmiş su təchizatı xidməti ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, yaxın vaxtlarda müvafiq sukanal idarəsi tərəfindən əraziyə baxış keçiriləcək. Aparılacaq araşdırmalardan sonra məsələyə aydınlıq gətiriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.