Bakıda 40 minlik “Rolex”i oğurlayan şəxs 21 il həbsdə yatan Hafiz imiş – VİDEObackend

Bakıda 40 minlik “Rolex”i oğurlayan şəxs 21 il həbsdə yatan Hafiz imiş – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda 40 min manat dəyərində “Rolex” markalı qol saatı oğurlayan şəxs məşhur oğru Hafiz Qocayev imiş.

NOCOMMENT.az Qaynarinfo-ya istinadən xəbər verir ki,hadisəni törədən 1971-ci il təvəllüdlü Qax rayon sakini Hafiz Qocayev ömrünün ən azı 21 ilini həbsxanada keçirib.

O, aviasiya üzrə ali təhsil alıb. Subay olub.

Hafiz Qocayev 1989-cu ildə “Vasmoy bazarı”nın qarşısında 3 nəfərin ölümü ilə nəticələnən qəzaya görə həbs olunub. 1999-cu ildə narkotik satdığına görə həbsə düşüb. 2005-ci ildən azadlığa çıxıb və kafe işlədib. 2014-ci ildə yenə oğurluq mal satdığına görə həbs olunub.

Bir neçə il əvvəl ARB TV-nin “Rezonans” proqramında Hafiz Qocayevin həyat hekayəsi yayımlandıqdan sonra həbsdən azad edilib. 

Qeyd edək ki, Bakı Şəhər Baş Polis İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 33-cü Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Zığ qəsəbəsində yerləşən evlərdən birindən 6 min manat dəyərində qızıl və 40 min manat dəyərində “Rolex” markalı qol saatı oğurlayan Qax rayon sakini, əvvəllər məhkum olunmuş 1971-ci il təvəllüdlü Hafiz Qocayev saxlanılıb. Həmin şəxsdən əlavə olaraq 405 qram narkotik vasitə marixuana da aşkar edilərək götürülüb.