Milli Hidrometeorologiya Xidmətinin avqustun 11-i saat 17:00-a olan məlumatına əsasən ölkə ərazisində isti və bürkülü hava şəraiti davam edir.
Bu barədə NOCOMMENT.az–a Xidmətdən məlumat verilib.
Bildirilib ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 41 dərəcəyədək, Naxçıvan MR-da 42 dərəcəyədək, Aran rayonlarında 43 dərəcəyədək, Gəncə-Qazax zonasında 41 dərəcəyədək, dağlıq rayonlarda isə 34 dərəcəyədək yüksəlib.