Bakıda 77, əsas magistrallarda isə 70 enerjidoldurma məntəqəsi quraşdırılacaqbackend

Bakıda 77, əsas magistrallarda isə 70 enerjidoldurma məntəqəsi quraşdırılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Elanı COP-a planlaşdırılan digər bir sənəd “Elektromobillik üzrə Milli Plan”dır. Milli Planın iki əsas mərhələdə həyata keçirilməsi nəzərdə tutulur”.

NOCOMMENT.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov bildirib.

Onun sözlərinə görə, 2024-2027-ci illəri əhatə edən birinci mərhələ ölkədə elektromobillik üçün baza infrastrukturunun inkişafını və onun fəaliyyətini təmin edən normativ-hüquqi çərçivənin hazırlanmasını ehtiva edir.

Nazir bildirib ki, ikinci mərhələ isə 2027-ci ildən sonrakı dövrdə elektromobilliyin və enerjidoldurma infrastrukturu bazarının inkişafına dövlətin dəstəyi ilə özəl sektorun cəlbini əks etdirir: “Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi” haqqında dövlət  başçısının müvafiq Sərəncamına əsasən Bakı və ətraf ərazilərdə 77, əsas magistrallarda 70, işğaldan azad olunmuş bölgələrdə 20-dən az olmayaraq enerjidoldurma məntəqələrinin quraşdırılması planlaşdırılır”.