Bakıda ağır qəzada yaralanan şəxslərdən biri öldübackend

Bakıda ağır qəzada yaralanan şəxslərdən biri öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 14-nə keçən gecə Binəqədi rayonunda baş vermiş ağır qəzada xəsarət alan şəxslərdən biri Kliniki Tibbi Mərkəzdə vəfat edib.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, Goradil-Novxanı yolunda “Hyundai” markalı avtomobilin aşması nəticəsində ağır xəsarət alan 1980-ci il təvəllüdlü Əhmədov Fəxri Əkbər oğlu xəstəxanada dünyasını dəyişib.

Qəzada ağır yaralanan 1986-cı il təvəllüdlü K.Rüstəmovanın vəziyyəti isə ağır olaraq qalır, onun müalicəsi xəstəxanada davam etdirilir.

Qeyd edək ki, gecə saat 23 radələrində Dənizkənarı yolda aşan avtomobildə xəsarət alan 1982-ci il təvəllüdlü Əhmədova Vüsalə Məmmədrza qızı, 1999-cu il təvəllüdlü Ağayeva Əsubə Mehdi qızı və sürücü, 1975-ci il təvəllüdlü Əhmədov Mahir Valeh oğlunun həyatına təhlükə olmadığı bildirilib. Yaralanan şəxslərdən Ə.Ağayeva hamilə olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.