Bakıda ailənin evindən çıxarılmasına DİN-dən reaksiya – AÇIQLAMA / VİDEObackend

Bakıda ailənin evindən çıxarılmasına DİN-dən reaksiya – AÇIQLAMA / VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi 5-9 ünvanında yaşayan, dördüncü gündür küçədə gecələyən ailə müvafiq qərar olmasına baxmayaraq mübahisəni davam etdirir.

DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli NOCOMMENT.az-a açıqlamasında bildirib ki, Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olan Nəsimi rayonu, A.D.Qurbanov küçəsi 7 saylı evin 1 otaqlı yaşayış sahəsi 10,0 kv.m olan xidməti mənzilində yaşayan cavabdeh Şahbazova Ağabacı Mirzəağa qızı mənzilinə bitişik sahəsi 85 kv.m olan qeyri-yaşayış sahəsini heç bir müvafiq icazə sənədi olmadan zəbt edib.

Həmin şəxslər zəbt etdiyi qeyri-yaşayış sahəsindən məhkəmə qərarı ilə çıxarılıb.

Hazırda həmin şəxslər müvafiq qərar olmasına baxmayaraq mübahisəni davam etdirir, əsassız tələblər irəli sürürlər.

Hazırda araşdırmalar davam etdirilir, həmin ailənin yerləşdirilməsi üzrə aidiyyəti qurumlar tərəfindən tədbirlər görülür.

***17.10.2025    23:49

Ətrafa dağılan ev əşyaları, tələm-tələsik yığılmış pal-paltar… Yağışlı havada küçədə dərs hazırlayan uşaq. Çarəsizcə dağılan evinin əşyalarına baxan ata…

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, bu Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi 5-9 ünvanında yaşayan, dördüncü gündür küçədə gecələyən bir ailənin mənzərəsidir.

Şikayətçi iddia edir ki, 25 ildir bu ünvanda yaşayırlar. Evlərinin bir hisssəsinin sənədləri qaydasında olmasa da, onlara bu günə qədər evdən çıxmaq üçün heç bir tələbnamə ilə müraciət edilməyib.

Ev sakini Esmira Şahbazova deyir ki, bu dörd gündə onların halını heç kim gəlib soruşmur, xəstə atası, anası, körpə balaları ilə soyuğun, yağışın altındadır. Gəlib gedən də qəribə baxır.

Məsələ ilə bağlı Nəsimi rayon İcra Hakimiyyətinə müraciət etdik.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.