Bakıda aksiya keçirilirbackend

Bakıda aksiya keçirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda Fəvvarələr Meydanında aksiya keçirilir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə iştirakçılar sosial şəbəkələrdə məlumat paylaşıb.

“Biz, İctimai-siyasi fəallar, jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri son zamanlar Azərbaycanda tanınmış ictimai-siyasi şəxslərə qarşı törədilmiş cinayətlərə, artan zorakılığa və cəzasızlığa etiraz edirik”.

Qeyd edək ki, bir neçə gün öncə DİN paytaxtda keçiriləcək aksiya ilə bağlı açıqlama yaymışdı. Bildirilib ki, qanunvericiliyə uyğun olaraq, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb sanksiyalaşdırılmayan hər hansı qanunsuz aksiyanın, yaxud aksiyaya cəhdlərinin qarşısı alınacaq.