Bakı şəhərinin Nərimanov rayonunda Z.Bünyadov prospekti yaxınlığında anbarda və ona bitişik ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə NOCOMMENT-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.