Bakıda apreldə inflyasiya 2,8% olubbackend

Bakıda apreldə inflyasiya 2,8% olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin aprel ayında Bakı şəhəri üzrə istehlak məhsullarının və xidmətlərin qiymətləri mart ayına nisbətən sabit qalıb.

NOCOMMENT.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-aprel ayında ötən ilin eyni dövrü ilə müqayisədə isə 2,8% bahalaşma qeydə alınıb.

Apreldə paytaxt üzrə istehlak qiymətləri indeksi mart ayı ilə müqayisədə 100%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 100,8%, qeyri-ərzaq malları üzrə 99,7%, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 99,3% olub.

Məlumata əsasən, 2020-ci ilin yanvar-aprel ayında Bakı şəhəri üzrə istehlak qiymətləri indeksi 2019-cu ilin eyni dövrünə nisbətən 102,8%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,8%, qeyri-ərzaq malları üzrə 101,2%, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 101,3% təşkil edib.