Bakıda avtobus piyadanı vurduqdan sonra aşıb – FOTObackend

Bakıda avtobus piyadanı vurduqdan sonra aşıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Binəqədi rayonunda yol-nəqliyyatı hadisəsi zamanı mikroavtobus qəzaya uğrayıb.

NOCOMMENT apa-ya istinadən xəbər verir ki, hadisə Biləcəri enişi kimi tanınan ərazidə qeydə alınıb.

60 yaşlı Əliş Məmmədov piyadalar üçün müəyyən edilməyən hissədən yolu keçərkən onu “Hyundai” markalı mikroavtobus vurub. Daha sonra mikroavtobus idarəetmədən çıxaraq səkiyə çırpılıb. Zərbənin gücündən “Hyundai” yerüstü körpünün beton divarına dəyib. Mikroavtobus deformasiyaya uğrayıb.

Hadisə yerinə Binəqədi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları gəlib. Yaralı piyada Təcili Tibbi Təxirəsalınmaz Yardım Xidmətinin əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilib. “Hyundai” markalı mikroavtobusun sürücüsü Binəqədi RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.