Bakıda avtomobil marketə çırpılıb, yaralananlar var – VİDEO – FOTO – YENİLƏNİBbackend

Bakıda avtomobil marketə çırpılıb, yaralananlar var – VİDEO – FOTO – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı APA-ya bildirilib ki, sentyabrın 11-də paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində vətəndaş G. İsayeva idarə etdiyi “Toyota” markalı avtomobillə idarə etməni itirərək marketlərdən birinin qarşısında avtoqəza törədib.

NOCOMMENT.az xəbər verir ki, nəticədə marketin önündə olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisə ilə bağlı ərazi üzrə polis orqanında təhqiqat araşdırması başlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin edilib.

Araşdırma davam etdirilir.

***

21:19

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Yeni Günəşli qəsəbəsində sürücü idarəetməni itirərək avtomobili yol kənarındakı marketə çırpıb.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 11.09.2024-cü il tarixində saat 17:40-da Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisindən avtomobil qəzası ilə bağlı çağırış daxil olub. Bu barədə TƏBİB-dən APA- nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, hadisə yerinə 3 təcili tibbi yardım briqadası cəlb olunub və xəsarət alan 3 nəfər (qadın cinsli), müştərək travmalarla Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Şahidlərin verdiyi məlumata görə sükan arxasında əyləşən qadın sürücü yanlışlıqla əyləcin əvəzinə qaz pedalını sıxaraq gəldiyi sürətlə də marketə çırpılıb.