Bakıda avtomobil qəza törədib, ölən varbackend

Bakıda avtomobil qəza törədib, ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

NOCOMMENT.az Report-a istinadən xəbər verir ki, hadisə mayın 7-də saat 19 radələrində Sabunçu rayon Bilgəh qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, paytaxt sakini F.Quliyevin idarə etdiyi “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq maneyə çırpılıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.