Bakıda “avtoş”ların sənədlərini alıb cərimələdilərbackend

Bakıda “avtoş”ların sənədlərini alıb cərimələdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda avtoxuliqanlıq edən sürücülər saxlanılıb.

NOCOMMENT.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə növbəti tədbir keçirilb. Bu zaman paytaxt ərazisində idarə etdikləri nəqliyyat vasitələri ilə avtoxuliqanlıq edən iki sürücü – N.Məmmədov və E.Ağakərimli saxlanılıblar.

Həmin şəxslər barəsində toplanmış material və sübutlar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə N.Məmmədov və E.Ağakərimli cərimə edilməklə sürücülük hüquqları 1 il müddətinə məhdudlaşdırılıb.\\Lent.az