Bakıda Babək prospektində obyekt yanır – VİDEO – FOTO – YENİLƏNİBbackend

Bakıda Babək prospektində obyekt yanır – VİDEO – FOTO – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtın Nizami rayonu ərazisində yerləşən obyektlərdən birində baş vermiş yanğın hadisəsi səbəbindən Fəhlə küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Polis əməkdaşları tərəfindən ərazidə təhlükəsizlik tədbirləri görülür.

DİN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hazırda polis əməkdaşları tərəfindən hadisə yerində təhlükəsizlik tədbirləri təmin olunur, nəqliyyatın hərəkəti tənzimlənir və digər zəruri tədbirlər görülür.

***

17.40

Bakının Xətai rayonunda yanğın başlayıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Babək prospektində yerləşən obyekt yanır.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar əraziyə dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.