Bakıda bahalı bağ evləri burada yerləşir: qiymətlər 35 milyondan başlayırbackend

Bakıda bahalı bağ evləri burada yerləşir: qiymətlər 35 milyondan başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda bağ evlərinə tələbatın daha yüksək olduğu ərazilər açıqlanıb.

NOCOMMENT.az xəbər verir ki, rieltor Mülkədar Rüstəmov İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, hazırda şəhərətrafı ərazilər olaraq Mərdəkan, Şüvəlan, Nardaran, Buzovna, Bilgəh qəsəbələrində bağ evlərinə tələbat daha yüksəkdir.

Onun sözlərinə görə, bu ərazilərdə yerləşən bağ evlərinin qiyməti 35-50 milyon manat civarında dəyişir. Şəhərin özündə isə Badamdar qəsəbəsində yerləşən bağ evlərinə tələbat daha çoxdur:

“Badamdarda Birinci və İkinci massivdə yerləşən bağ evlərində torpağın 1 sotunun qiyməti 200 000 manat civarındadır. Villaların qiyməti isə 25-30 milyon manat təşkil edir. Yəni bu ərazidə minimum məbləğ 2 milyon manatdan başlayır. Bundan başqa, bahalı bağ evləri şəhərin mərkəzi istiqamətində Teymur Əliyev küçəsində yerləşən “Milyonerlər məhəlləsi”ndədir. Eyni zamanda Məmməd Araz küçəsi, Həsən Əliyev Küçəsi, İnqilab İsmayılov küçəsinin kəsişməsində də bahalı evlər var”.

M.Rüstəmov vurğulayıb ki, son zamanlar Masazır və Saray qəsəbələrində bağ evləri ilə bağlı aktivlik müşahidə olunur: “Xüsusən də Masazırda sıravi vətəndaşlarla yanaşı, bəzi deputatların da mülkləri var. Masazırda ən bahalı bağ evləri 1 milyon manatdan başlayır. Ümumilikdə isə burada çox da bahalı bağ evləri mövcud deyil”.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı isə İqtisadiyyat.az-a açıqlamasında bağ evlərinə tələbatın az olduğunu açıqlayıb.

Onun sözlərinə görə, bağ evləri satışa çıxarılandan sonra ən azı 1 il ərzində satılır. Hətta bəzi hallarda bahalı bağ evlərini 2-3 ildən sonra satmaq mümkün olur:

“Ümumilikdə, bu gün Bakı və şəhərətrafı ərazilərdə, Abşeron yarımadasının müxtəlif ərazilərində kifayət qədər bahalı olan dənizkənarı bağ evlərinə rast gəlmək mümkündür. Bu bağ evlərinin qiyməti 5-15 milyon manat və daha yuxarı məbləği əhatə edir. Bağ evin yerləşdiyi torpaq sahəsinin qiymətinin yüksək olması, eyni zamanda bağ evinin özünəməxsus özəllikləri qiymətin təyin olunmasında cidd rol oynayır”.