Bakıda Baş həkimin otağını yandırdılar – FOTOLARbackend

Bakıda Baş həkimin otağını yandırdılar FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün paytaxtın 9-cu mikrorayon Mir Cəlal küçəsində yerləşən Səhiyyə Nazirliyinin Bakı şəhər Baş Səhiyyə İdarəsinin 9 saylı şəhər Poliklinikasında vətəndaş etiraz əlaməti olaraq yanğın törədib.

NOCOMMENT.az-a hadisə yerindən verilən məlumata əsasən poliklinikanın Baş həkiminə etiraz əlaməti olaraq vətəndaş özü ilə gətirdiyi benzin ilə Baş Həkimin otağına gələrək yanğın törədib.

Yanğın baş verən kimi Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə gəliblər.

Dəfələrlə göstərilən cəhdlərə baxmayaraq Səhiyyə Nazirliyinin mətbuat xidməti ilə əlaqə yaratmaq cəhdlərimiz baş tutmadı. Hadisənin gedişatı ilə bağlı əlavə məlumat veriləcək.

 

9 saylı poliklinika yanğın_2

9 saylı poliklinika yanğın_1
9 saylı poliklinika yanğın_1