Sumqayıt sakini şəhər mərkəzinin vəziyyətindən narazıdır.
NOCOMMENT.az xəbər verir ki, sumqayit24.az-a müraciət edən vətəndaş bildirib ki, “Nizami meydanı” kimi tanınan ərazinin mövcud vəziyyəti narahatlıq doğurur. Sözügedən məkan hazırkı görünüşü ilə bayram əhval-ruhiyyəsi yaratmaq əvəzinə, 1990-cı illəri xatırladan mənzərə ilə diqqət çəkir.
Sakin qeyd edib ki, paytaxt Bakıdakı kimi “Soyuq əllər, isti ürəklər” formatında bayram yarmarkası və ya müasir konseptli tədbirlər təşkil etmək əvəzinə, ərazidə bazar ab-havası yaradılıb, qeyri-sistemli ticarət – “tolkuçka” forması hökm sürür.
Şəhərin mərkəzi olan bir məkanda bu cür mənzərə həm estetik baxımdan, həm də şəhərin imici baxımından uyğun deyil və aidiyyəti qurumların məsələyə diqqət ayırmasına ehtiyac var.













