Bakıda bəzi evlərin qiyməti ucuzlaşdıbackend

Bakıda bəzi evlərin qiyməti ucuzlaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən ay Bakıda fərdi yaşayış və bağ evlərinin qiymətində ucuzlaşma qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Trend-ə “MBA Group” konsaltinq şirkətindən məlumat verilib.

Belə ki, noyabr ayında Bakıda fərdi yaşayış və bağ evlərinin qiymətində 2,41 faiz ucuzlaşma qeydə alınıb.

Oktyabr ayında bahalı evlərin bir kvadratmetrinin qiyməti 1 711 manat, orta qiyməti olan evlərin dəyəri 933 manat, ucuz evlərin isə bir kvadratmetrinin qiyməti 485 manat təşkil edib.