Bakıda bina yanır – Sakinlər təxliyə edilirbackend

Bakıda bina yanır – Sakinlər təxliyə edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Xətai rayonu, Lütfi Zadə küçəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

FHN-dən NOCOMMENT.az-a verilən məlumata görə, bina sakinləri təxliyə olunub. Yanğının söndürülməsi üçün əraziyə FHN qüvvələri cəlb edilib.

16:50 ***

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Bu barədə NOCOMMENT.az-a nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.