Bakıda binada yanğın – Xəsarət alan varbackend

Bakıda binada yanğın – Xəsarət alan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhərinin Nərimanov rayonunda yanğın olub.

NOCOMMENT.az xəbər verir ki, FHN-dən “Qafqazinfo”ya bildirilib ki, doqquzmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 100 m² olan obyektin (oyun zalı kimi fəaliyyət göstərir) sahəsi 10 m² olan mətbəxinin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb, yanğınsöndürənlər tərəfindən 6 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.