Bakıda binanın zirzəmisində təmir işləri aparan usta bədbəxt hadisə nəticəsində ölüb.
NOCOMMENT.az Publika.az-a istinadla xəbər verir ki, hadisə dünən Binəqədi rayonu, Azadlıq prospekti 156 ünvanında yerləşən çoxmərtəbəli binada baş verib.
Paytaxt sakini 1957-ci il təvəllüdlü E.Kərimov binanın zirzəmisində quraşdırılmış istilik sistemində təmir işləri həyata keçirərkən dünyasını dəyişib.
Onun isti suyun təsirindən ölməsi bildirilib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən araşdırmalar aparılır.