Binanın zirzəmisi çirkabla dolub.
NOCOMMENT.az xəbər verir ki, paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi 64 ünvanında yaşayan sakinlər “Xəzər Xəbər”in qaynar xəttinə müraciət ediblər. Bildirirlər ki, yaşadıqları binanın zirzəmisi kanalizasiya suları ilə dolub-daşır.
Sakinlərin sözlərinə görə, müvafiq qurumlara dəfələrlə müraciət etsələr də, məsələ öz həllin tapmır.
Tullantı suları ətrafa üfunətin yayılmasına, ərazidə anti-sanitar vəziyyətin yaranmasına səbəb olub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.