Bakıda bir gecədə 12 avtomobildən oğurluq edən şəxs tutuldu – VİDEObackend

Bakıda bir gecədə 12 avtomobildən oğurluq edən şəxs tutuldu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtın Nizami rayonunda nəqliyyat vasitələrinin yan şüşələri sındırılaraq avtomobillərin salonlarında olan pul və digər qiymətli əşyalar oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən NOCOMMENT-ə bildirilib ki, bu barədə zərərçəkən şəxslər Nizami Rayon Polis İdarəsi (RPİ) və 25-ci Polis Şöbəsinə (PŞ) müraciət edərərək hadisəni törədən şəxsin tutularaq məsuliyyətə cəlb edilməsini xahiş ediblər.

Qeyd olunan hadisələr dərhal nəzarətə götürülüb və zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Nizami RPİ-nin Post Patrul Xidməti Bölüyü (PPXB) və 25-ci PŞ-nin əməkdaşları tərəfindən “isti izlər”lə keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin oğurluqları törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elgün Şirinzadə saxlanılıb.

O, gecə saatlarında növbəti dəfə avtomobillərdən birinin şüşəsini sındırıb hadisə yerindən qaçmaq istəyərkən Nizami RPİ-nin PPXB-nün əməkdaşları tərəfindən tutularaq 25-ci PŞ-nə təhvil verilib.

Araşdırma zamanı Elgün Şirinzadənin may ayının 31-nə keçən gecə təkcə Nizami rayonunda 12 nəqliyyat vasitəsinin yan şüşələrini sındıraraq oğurluq etdiyi müəyyən edilib. Bundan başqa, onun keçən ayın əvvəllərində paytaxt ərazisində daha 3 avtomobildən eyni usulla oğurluq etdiyi məlum olub.

Elgün Şirinzadə barəsində 25-ci PŞ-də toplanan materiallar arşadırılması üçün Nizami RPİ-nə təqdim edilib. Saxlanılan şəxsin digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

“Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına, habelə, Nazirliyin “102” Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər”, – deyə Mətbuat xidmətindən bildirilib.