Bakıda bir nəfəri aldadıb 15 min manatını aldılarbackend

Bakıda bir nəfəri aldadıb 15 min manatını aldılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Nəsimi rayonu ərazisində vətəndaşın 15 min manatı dələduzluq yolu ilə alınıb.

 

NOCOMMENT.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş V.Səmədov müəyyən olunaraq saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.